Vəfa Quluzadə: “Maneə aradan qalxmayana qədər həmsədrlərin səfərləri nəticəsiz qalacaq”
"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərindən hələ ki, heç nə gözləmək mümkün deyil". Bu haqda SİA-ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərinin heç bir nəticə verməyəcəyi Rusiyadan asılıdır: "Rusiyanın mövqeyi hələ ki, Dağlıq Qarabağ probleminin həll etməməyə yönəlib. Əsas maneə Rusiyadır. Sözü gedən maneə aradan qalxmayana qədər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səfərləri nəticə verməyəcək".
Politoloq hesab edir ki, ATƏT-in 20 illik fəaliyyətinə nəzər yetirdikdə, heç bir müsbət məqamdan danışmaq mümkün deyil: "ATƏT-in 20 illik fəaliyyətində yalnız bir iş görülüb. O da müharibə və bizim torpaqlarımızın işğalı davam etmir. Yeganə müsbət nəticə bax, budur".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB