YAP-ın Sədr müavini: “İstəyimiz Ukraynada tezliklə siyasi sabitliyin bərpa olunmasıdır" MÜNASİBƏT
"Azərbaycan dövlətinin xüsusilə, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycana dost qazandırmaq məqsədi güdür". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov Ukraynada baş verən hadisələr haqqında danışarkən deyib.
"Ölkəmizin çoxlu dostları mövcuddur. Ukrayna da Azərbaycanın dostlarından biridir. Biz istərdik ki, Ukraynada tezliklə siyasi sabitlik, əminamanlıq bərpa olunsun. Əlbəttə, orada baş verən hadisələr Ukraynanın daxili işidir. Ukrayna xalqı özü üçün inkişaf yolunu seçmək səlahiyyətinə malikdir. Biz bu hüquqa və səlahiyyətlərə hörmətlə yanaşırıq. Dost ölkə olaraq Ukraynadan gözləntimiz ondan ibarətdir ki, bütün bu narahatçılıqlar, qeyri-sabitlik aradan qaldırılsın və orada siyasi sabitlik bərpa olunsun" – deyə, YAP-ın Sədr müavini sözlərinə əlavə edib.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB