Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlər NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq həyata keçiriləcək.
Fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya şəhərində (Bolqarıstan Respublikası) "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB