Bu gün keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında qurumun yeni sədri seçilib. SİA-nın xəbərinə görə, Lüksemburq Deputatlar Palatasının deputatı xanım An Brasör (Anne Brasseur) 165 səslə AŞ PA-nın yeni sədri seçilib. O, bu posta öz namizədliyini irəli sürənədək AŞ PA-da "Avropa naminə Demokratlar və Liberallar Alyansı" siyasi qrupunun sədri olub. A.Drasör 165 səs toplayıb. İlk turda seçilmək üçün hər iki namizəddən biri 159 səs toplamalı idi.
Qeyd edək ki, 64 yaşlı xanım An Brassör AŞPA-da Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun sədri idi və bu vəzifəyə onun namizədliyi öz qrup üzvləri tərəfindən 2013-cü ilin oktyabr ayında irəli sürülmüşdü. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair "centlmen sövdələşməsi"nə əsasən bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunun idi. Xanım An Brassör Lüksemburq parlamentinin üzvüdür və öz ölkəsində Demokrat Partiyasını təmsil edir. O, Lüksemburq nümayəndə heyətinin tərkibində 2009-cu ildən AŞPA-da fəaliyyət göstərir. An Brassör bu vəzifədə, mandatı 2015-ci ildə bir dəfə yenilənməklə, 2016-cı ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB