“Davos Forumu ölkəmizn inkişaf etmiş ölkələr sırasına daxil olmasına imkan verir” AÇIQLAMA
"Davos İqtisadi Forumunu formal olaraq dövlətlərin özünün tanıtma və dünyanı tanıtma platforması hesab etmək olar". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə forumun nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, Davos Forumunda iştirak Azərbaycanın özünün inkişaf xəttini daima dəqiqləşdirməyə böyük imkan verir: "Forumun özəlliyi ondan ibarətdir ki, burada dövlət başçıları ilə yanaşı, dünyanın aparıcı şirkətlərinin nümayəndələri iştirak edirlər. Həm iqtisad, həm siyasi məsələlər qeyri-formal şəraitdə müzakirə edilir, aktual məsələlərə münasibət bildirilir və ümumən götürdükdə hər bir dövlət öz potensialını Davos ölçüləri ilə qiymətləndirə bilir. Dövlət başçısı İlham Əliyev müxtəlif görüşlərdə iştirak edir, jurnalistlərlə qeyri-formal şəraitdə görüşür. Dövlət başçıları hökumət rəhbərləri ilə görüşərək, onlarla ikitərəfli münasibətləri müzakirə edir. Bu görüşlərdə ölkəmizə böyük marağın olduğu görünür. Prezidentimizlə görüşmək istəyənlərin sayı həddən artıq çoxdur. Onun beynəlxalq münasibəti böyük maraq doğurur. Hesab edirəm ki, Davos Forumunda iştirak Azərbaycanın özünün inkişaf xəttini daima dəqiqləşdirməyə böyük imkan verir. Bundan əlavə, Davosla bağlı xarici mətbuatda verilən informasiyalarda ölkəmizlə bağlı məlumatların həcmi ildən- ilə artır. Davos Forumu Azərbaycana dünyanın ayrılmaz bir hissəsi olmağa, təcridən inkişaf etmiş ölkələr klubuna daxil olmağa imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB