Türkiyənin elm sahəsindəki hədəfləri Almaniyanın paytaxtı Berlində gündəmə gətirilib. SİA-nın məlumatına görə, ölkə xaricində işləyən Türk elm xadimləri ilə bir araya gələn elm, sənaye və texnologiya naziri Fikri İşıq, Türkiyənin araşdırma və inkişafa böyük əhəmiyyət verdiyini söyləyib. Artıq Türkiyənin gündəmində Ar-Ge yəni, araşdırma və inkişaf ilə inovasiya layihələrinin olduğunu vurğulayan nazir, xarici ölkələrdə işləyən türk elm xadimlərini Türkiyə ilə əməkdaşlıq etməyə çağırıb.
Fikri İşıq, Türkiyənin elm sahəsindəki 2023-cü il hədəflərinə işarə edərək bildirib ki, dünyanın ən güclü 10 ölkəsi arasına daxil ola bilmək üçün araşdırma-inkişaf, patent və yeni layihələr böyük əhəmiyyətə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB