Əhməd Oruc: “Maliyyə bazamız olmasa da, partiyamız ictimai əsaslarla qazanır”

Əhməd Oruc: “Maliyyə bazamız olmasa da, partiyamız ictimai əsaslarla qazanır”

"Azadlıq Partiyasının elə bir maliyyə hesabatı yoxdur". SİA-nın məlumatına görə, bu fikirləri Azadlıq Partiyasının sədri Əhməd Oruc partiyaların maliyyə hesabatı vermələrinə münasibətini açıqlayarkən deyib. Partiya sədri maliyyə bazalarının olmadığını bildirib və qeyd edib ki, rəhbərlik etdiyi siyasi təşkilat ictimai əsaslarla fəaliyyət göstərir: "Maliyyə bazamız olmasa da, partiyamız ictimai əsaslarla qazanır".

Əhməd Oruc onu da bildirib ki, Azadlıq Partiyasında üzvlük haqqı yığılmır və bu səbəbdən maliyyə hesabatı verilməyəcək: "Biz üzvlük haqları yığmırıq, bu səbəbdən də maliyyə hesabatı verməyi düşünmürük".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə