Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfrans təşkil edib
Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi Bursa şəhərindəki Uludağ Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar konfrans təşkil edib.
Tədbirə toplaşan universitetin tələbə-müəllim heyəti, Bursa şəhərinin rəhbərliyi Azərbaycanın və Türkiyənin şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Samir Cəfərov Sovet İttifaqının dağıldığı dövrdə öz dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı törədilmiş qətliamın səbəblərindən və ermənilər, onların havadarlarının məkrli siyasətindən konkret faktlar əsasında bəhs edib. O bildirib ki, həmin ağır günlərdə məhz xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qətliamın günahkarlarını ifşa etməsi insanlarda gələcəyə inam hissini itirməməyə kömək olub. Bu gün qüdrətli dövlətə çevrilmiş Azərbaycan xalqı öz müstəqilliyini şəhidlərimizin qanı ilə qazanıb.
Konfransda çıxış edən professor Göksəl İşyar və dosent Barış Özdal əsrlər boyu erməni quldurlarının Azərbaycanda və Anadoluda törətdikləri qırğınlardan, o cümlədən 20 Yanvar və Xocalı faciələrindən danışıblar.
Konfrans iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB