Müxalifətyönlü "Elçi" qəzetinin baş redaktoru, vaxtilə AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyə xüsusi yaxınlığı ilə seçilən Əli Həziquliyev Cəbhə-Müsavat qarşıdurmasına yönəlik ilginc məqamlara toxunan açıqlamalarla çıxış edib. SİA-nın məlumatına görə, "Yeni Müsavat" qəzetinə müsahibə verən Əli Həziquliyev AXCP sədri Əli Kərimlinin Müsavat Partiyası ilə, xüsusilə, partiya başqanı İsa Qəmbərlə açıq savaşa girməsindən ehtiyat etdiyini, çəkindiyini istisna etməyib və bu səbəbdən, Rauf Arifoğlunu hədəfə aldığını bildirib:"Görünür onlar Müsavat Partiyası ilə açıq formada və birbaşa ziddiyyətlərdən çəkinirlər. Görünür, gələcəkdə hansısa projelərdə bu partiya ilə münasibətlər Əli Kərimliyə lazım ola bilər, o üzdən bütün körpüləri yandırmaq istəmirlər...Məhz bu üzdən bütün ittihamlar Müsavata və İsa Qəmbərə qarşı Rauf Arifoğlunun şəxsində səsləndirilir".
Əli Həziquliyev onu da qeyd edib ki, AXCP-nin bu hücumları arxasında Cəbhə sədrinin xarici güclərə verdiyi öhdəliklər də dayanıb: "İndi baş verənlər mənim fikrimcə Əli Kərimlinin öhdəliyi olduğu xarici güclərə izahıdır. Tutaq ki, Müsavatı dağıdıcılıqda suçlayıb donorlarına izah verir ki, İsa Qəmbər oyunu pozdu və s. Əslində isə Müsavat Milli Şuranı tərk etməyə də bilərdi, amma buna Əli Kərimlinin kaprizləri imkan vermədi. Ümumiyyətlə, əgər biz bu gün Əli Kərimli ilə Rauf Arifoğlunun arasında baş verənlərə qiymət veririksə, deməliyəm ki, birmənalı şəkildə bu məsələdə Rauf Arifoğlu haqlıdır."
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB