“Ermənistanı status-kvo vəziyyətini dəyişməyə təhrik etməyə çalışırlar” AÇIQLAMA
"Ermənstanı status-kvo vəziyyətini dəyişməyə təhrik etməyə çalışırlar". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvo vəziyyətinin dəyişdirilməsinin tərəfdarı olduğunu çoxdan bəyan edib: "Amma uzun illərdir ki, Ermənistan öz mövqeyində qalır və heç bir dəyişiklik etmir. Problemin həllini geri salan da məhz Rusiya ilə Ermənistandır. Lakin son dövrlər onlar arasında münasibətlərdə də dəyişiklik hiss olunmaqdadır. Bu dəyişiklik artıq Ermənistana da təsir etməyə başlayıb".
Politoloq yaxın günlərdə Prezidentlərinin yenidən görüşəcəyini xatırladıb. O deyib ki, görüşdən əvvəl xarici işlər nazirləri görüşəcək və onlar mübahisə doğuran məsələlərlə əlaqədar ekspertlərə verdikləri tapşırıqların nəticələri əsasında yenidən müzakirələr aparıb, məsələləri Prezidentlərin qarşısına çıxaracaqlar: "Nəzərə alaq ki, prezidentlər ötən ilki görüşlərindən razı qalmışdılar. Hətta xarici işlər nazirləri də ötən il keçirilən görüşdən nikbin ayrıldıqlarını söyləmişdilər. Lakin hələ ki, məsələnin həlli ilə bağlı konkret nəsə söyləmək mümkün deyil. Son zamanlar prosesin müəyyən qədər uğurla getdiyi haqqında mətbuatda müəyən məlumatlar yayılır. Hətta bu gün prezidentlərin görüşünə qədər və ya sonra "Madrid Prinsipləri" əsasında bir sıra rayonların azad edilıməsi məsələsi gündəmdədir. Lakin o məsələlərin həll edilib və edilməməsini zaman göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB