Fuad Muradov: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi daha təhlükəsiz və təminatlı gələcəyə aparacaq”
"Cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib. Sosial, siyasi, iqtisadi, o cümlədən başqa istiqamətlərdə atılan addımlar xalqın rifahının yüksəlməsinə yönəldilib. Əhalinin rifah halı yüksəlib, eyni zamanda iqtisadi göstəricilər artıb. Azərbaycanın bütün bölgələrində aparılan abadlıq-quruculuq işləri xalqın xoş, rahat yaşayışına şərait yaradır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fuad Muradov deyib.
Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını gücləndirib: "Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətlə davam etdirilir. Bu gün ölkəmiz artıq aparıcı enerji layihələrinin təşəbbüskarıdır. Ölkəmizin coğrafi mövqeyini nəzərə alaraq bir çox iri şəhərlərdə sənaye obyektlərinin inşa edildiyini müşahidə edirik. Eyni zamanda, texnoparkların yaradılması da qarşıya qoyulan məqsədlərdəndir".
Millət vəkili onu da qeyd edib ki, "İKT ili" elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılmasını tarixi nailiyyət kimi dəyərələndirən ölkə başçısının səyi nəticəsində turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görülüb: "Bu baxımdan Cənab Prezidentin 2014-cü ili "Sənaye ili" adlandırmaqda məqsədi bu sahədə gedən inkişafı gələcək illərdə daha da irəliyə aparmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi daha təhlükəsiz və təminatlı gələcəyə aparacaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB