Rauf Arifoğlu: "Allah Azərbaycanı Əli Kərimlinin bu zombi dəstəsindən hifz eləsin"

Rauf Arifoğlu: "Allah Azərbaycanı Əli Kərimlinin bu zombi dəstəsindən hifz eləsin"

"Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında yaşanan qalmaqala daha biri əlavə olunub. SİA-nın məumatına görə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının onu ittiham etməsinə facebook səhifəsində cavab yazıb. Cavabında Əli Kərimli tərəfdarlarını zobmi dəstəsi adlandıran baş redaktor qarşı tərəfin onu hakimiyyətə loyal münasibət sərgiləməkdə ittiham edənlərin cavabını kəskin ifadələrlə cavablandırıb: "Bu gün "Azadlıq" qəzetində mənim və "Yeni Müsavat"ın əleyhinə 5 məqalə dərc olunub"-deyə yazan Rauf Arifoğlu xatırladıb ki, Fuad Qəhrəmanlı vaxtilə "Yeni Müsavat" qəzetinin əməkdaşı olub və həmin zamanlardan o, öz iddiaları ilə digərlərindən fərqlənib: "Qəzetimizin əməkdaşı olub, xeyli müddət bir çatını, iş yerini paylaşmışıq...Siyasətdə formalaşan zamanları idi. O zamandan iddialı, irəli görüşlü birisi kimi diqqətimi çəkmişdi. Əvvəl Fazil Qəzənfəroğluna yaxındı, sonra Əli Kərimligilə qoşuldu... Amma son günlər tam qazla əleyhimə kampaniya aparır, "Yeni Müsavat"ı aşağılayır... Məni də şərləyir - ən pisi də bu!".

Ona qarşı hücumların məhz AXCP sədri Əli Kərimli tərəfindən başlanıldığını istisna etməyən "Yeni Müsavat" qəzetinin baş yazarı əlavə edib ki, bu gün sosial şəbəkələrdə təhqilər yazan Əli Kərimli tərəfdarları "facebook" cəbhəçiləridir: ""Feysbuk" AXCP-çilərin mənim ünvanıma nifrin və söyüşləri ilə doludur. Sizin sözlərinizi mən də onlara aid təkrarlayıram. Lakin maarifləndirmək üçün deyim ki, bir qəzet redaksiyasının dövlət rəhbərliyinin əleyhinə aqressiya göstərmək kimi öhdəliyi yoxdur. Varsa, o, qəzet deyil... Siz yəqin yazı demək istədiniz... Qəzet gündəmdə nədirsə, onu da yazır. Siz də arada statuslarınızı hakimiyyətə yönəldin. Son vaxtlar ancaq Müsavat və "Yeni Müsavat"dan yazırsınız...Bu statusdan sonra komanda verildi və bütün AXCP dəstəsi tökülüşdü oraya... Yekunda bir status yazıb, zombixananı tərk etdim. Bu da son statusum: "Bütün AXCP dəstəsi səfərbər olub, buraya hücum etdi. Allah qüvvət versin. Sözümü deyib, çıxım, boş-boş zaman itirməyim....Məni özünə düşmən elan etmiş bir liderin və onun zombilərinin Azərbaycanda iqtidar olmasını istəmirəm...Kimdən nə yazmağı qəzet redaktoru və qəzetin rəhbərliyi müəyyən edir, daha ona düşmən olan bir düşərgənin tərəfdarları yox. İndi nə təklif edirsiniz, Azərbaycanın fəlakəti hesab etdiyim bir şərçi, zombi dəstəsinin iqtidar olması üçün savaşmalıyam? Niyə? Azərbaycan yazıq deyilmi? "Yeni Müsavat" müxalifət partiyası deyil, müxalifət yönümlü qəzetdi. O qəzet də mənim və kollektivin maraqları ilə idarə olunur....Allah Azərbaycanı Əli Kərimlinin bu zombi dəstəsindən hifz eləsin".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə