Ermənilər atəşkəsi pozmaqda davam edir

Ermənilər atəşkəsi pozmaqda davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi intensiv olaraq atəşə tutublar. Müdafiə Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə