NİDA üzvü "Azadlıq" və "Yeni Müsavat"dan İMTİNA ETDİ

NİDA üzvü "Azadlıq" və "Yeni Müsavat"dan İMTİNA ETDİ

İcazəsiz aksiyada iştirakına görə həbs cəzası alan NİDA Hərəkatının üzvü Rəşadət Axundov AXCP-yə məxsus "Azadlıq" və Müsavat Partiyasına yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzetlərini bundan sonra oxumaq istəmədiyini və həmin mətbuu orqanlardan imtina etdiyini bəyan edib. SİA-nın məlumatına görə, bu xəbəri Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova fecebook sosial şəbəkəsində paylaşıb.

Səhifədə qeyd olunub ki, NİDA-çı adıçəkilən qəzetlərin abunəsini ləğv etdirilməsini istəyib: "Rəşadət xahiş etdi ki, "Yeni Müsavat" və "Azadlıq" qəzetləri onun abunəliyini ləğv etsinlər, oxumaq istəmir".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə