Zərdüşt Əlizadə: “İP-nin hər hansı potensialı olsaydı…”

Zərdüşt Əlizadə: “İP-nin hər hansı potensialı olsaydı…”

"Müxalifətin vahid səslə 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etməsi üçün yaradılan "Milli Şura" artıq mərhələ vəzifəsini yerinə yetirib". Bunu SİA-ya politoloq Zərdüşt Əlizadə "Milli Şura"nın daxilində baş verən proseslərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, artıq "Milli Şura"da qalmaq üçün heç bir siyasi partiyanın stimulu yoxdur: "Bura toplaşanlar qurumu saxlamağa cəhd göstərsələr də, artıq "Milli Şura" dağılıb. Hesab edirəm ki, "Milli Şura"da toplaşanlar 2015 və 2018-ci ilə qalsalar, o zaman keçiriləcək seçkilərdə iştirak etmək üçün yeni format axtarmağa başlayacaqlar".

"Milli Şura"dan qopan qüvvələrin İctimai Palatada toplaşacağına dair səslənən fikirlərə münasibət bildirən Z. Əlizadə vurğulayıb ki, İP-nin hər hansı potensialı olsaydı, "Milli Şura"nın yaranmasına ehtiyac qalmazdı: "İctimai Palatanın heç bir potensialı yoxdur. Yəni bu qurumun müxalif güc kimi potensialı sıfıra bərabərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə