Liviyanın geniş oxucu kütləsinə malik "Fevral" qəzetinin 1 yanvar tarixli nömrəsində "Dünya azərbaycanlılarının həmrəylik bayramı" sərlövhəli məqalə dərc edilib.
Azərbaycanın Liviyadakı səfirliyinin təşəbbüsü ilə dərc edilmiş məqalədə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən bəhs olunur. Bildirilir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş həmrəylik günü dünyada yaşayan bütün azərbaycanlıların ənənəvi bayramlarından birinə çevrilib. Bu bayramın Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və sevgi hissləri aşıladığı, habelə ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında həmrəyliyin və birliyin yaradılması işində mühüm rol oynadığı qeyd edilir.
Müəllif Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin dünyada yaşayan bütün azərbaycanlıların artıq mənəvi ehtiyacına çevrildiyini vurğulayır.
Diqqətə çatdırılır ki, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyi və birliyi ideyası dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu istiqamətdə ardıcıl olaraq mühüm nailiyyətlər əldə edilib.
Yazıda, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinə də yer verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB