AXCP sədrinin müavini: "İsa Qəmbər Milli Şuranı aşağılayan, onu inəyə bənzədən ifadələr işlədir ki..."
Müsavat Partiyasının Milli Şuradan ayrılma ehtimalı artdıqca, AXCP rəhbərliyi də öz növbəsində qarşı tərəfi sərt şəkildə ittiham edir. SİA-nın verdiyi xəbərə görə, Cəbhə sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat başqanı İsa Qəmbərin bəhanələrinin tükənmədiyini bildirib: "Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı bəhanə də ortadan qalxdığı üçün bütövlükdə Milli Şuranı aşağılayan, onu inəyə bənzədən ifadələr işlədilir ki, qarşı tərəfdə qıcıq yaransın, beləliklə, Müsavat Partiyasının Milli Şuranı tərk etmək imkanı daha da asanlaşsın".
"Yaranmış vəziyyətdən İsa Qəmbər narahatdırsa, o zaman ilk olaraq, Müsavat Partiyasının mövqeyinə nəzər salmalıdır" - deyən AXCP sədrinin müavini onu da bildirib ki, Milli Şura üzvləri yalnız ittihamlara cavab veriblər, Müsavata qarşı hər hansı şərt irəli sürməyiblər.
Xatırladaq ki, Müsavat Partiyasının Məclisində İsa Qəmbər və Məclis üzvləri AXCP-ni və Milli Şura üzvlərini Müsavata qarşı kampaniya aparmaqda ittiham ediblər. Partiya başqanı isə çıxışında adıçəkilən qurumu müqəddəs inək adlandırıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB