Xankəndinin işğalının 22-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub
Bu gün Xankəndi şəhərinin işğalının 22-ci ildönümü münasibətilə "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov, millət vəkillər Qənirə Paşayeva, Elman Məmmədov, Xankəndi ictimaiyyətinin nümayəndələri, Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA-nın xəbərinə görə, "Əbədi Məşəl" kompleksi önünə əklil qoyulub, şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edək ki, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB