““Bişkek protokolu"nun müddətinin uzadılmasına ehtiyac yoxdur” AÇIQLAMA
"Bişkek protokolu"nun müddətinin bitməsi vəziyyəti dəyişməyəcək". Bu sözləri SİA-ya millət vəkili Fazil Mustafa 2014-cü ildə Ermənistan-Azərbaycan arasında imzalanmış "Bişkek sülh" sazişinin müddətinin bitməsindən sonra Azərbaycanın atacağı addıma münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, protokolun müddəti bitdikdən sonra onun müddətinin uzadılması məsələsi müzakirə oluna bilər: "Təbii ki, bu bağlı qapılar arxasında aparılan müzakirələrdən asılıdır. Bunun üçün yenidən danışıqlar aparılmalı və gələcəyə dair planlar qurulmalıdır. "Bişkek protokolu" əslində Azərbaycanın maraqlarına cavab vermədi, əksinə ondan ən çox yararlanan məhz Ermənistan oldu. 1994-cü ildə ölkədə olan vəziyyətə baxdıqda, belə bir sazişin bağlanması gözlənilən idi. Çünki o zaman buna ehtiyac var idi. Amma hazırda ölkəmizdə vəziyyət tamamilə başqadır və buna görə də tamam fərqli bir siyasət həyata keçirməli, gücümüzü doğru qiymətləndirərək gələcəyə bir də baxmalıyıq".
Millət vəkili vurğulayıb ki, protokolun müddətinin uzadılmasına ehtiyac yoxdur.
Protokola edilə biləcək dəyişikliklərə gəldikdə isə, F. Mustafa qeyd edib ki, ölkəmizin hazırki vəziyyətinə uyğun olaraq sazişə dəyişiklik edilə bilər: "1994-cü illə müqayisədə ölkəmizdə vəziyyət və şərtlər tamamilə dəyişib. Buna görə də protokolun şərtlərində dəyişiklik edilə bilər. Məsələn, protokola konkret vaxt ərzində işğalçı qüvvələrin torpaqlarımızdan çəkilməsi şərtini əlavə etmək olar. Burada bir məqam var ki, protokol Rusiyanın iştirakı ilə qəbul olunur və bu şərtin protokola əlavə edilməsində çox şey Rusiyadan asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB