Mustafa Hacıbəyli: "Milli Şuranın yaranmasında məhz İctimai Palata rol oynayıb"
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli İctimai Palatanın buraxılmasına ehtiyac olmadığını vurğulayıb. SİA-nın məlumatına görə, o, Milli Şuranın yaranmasında məhz İctimai Palatanın rol oynadığını xatırladıb: "Qurum seçki dövründə də, seçkidən sonra da aktiv olub. 2011-ci ildə güclü hərəkat başladılmasına nail olmuşuq. Faktiki olaraq Milli Şuranın yaranması İP-in fəaliyyətinin nəticəsində müxalifətin bir araya gəlməsi və yeni təkliflərin dəyərləndirilməsi hesabına mümkün olub".
Xatırladaq ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd edib ki, İctimai Palatanın bir qurum kimi saxlanmasına ehtiyac yoxdur: "Bu məsələnin gecikməsi, görünür qurumun Koordinasiya Şurasının məsələ ilə bağlı konkret qərar verməməsi ilə bağlıdır. Yaxın günlərdə məsələnin həllini tapmasını gözləyirik. İctimai Palata artıq missiyasını və funksiyasını başa çatdırıb. İndiki halda prioritet qurum deyil, əsas diqqət Milli Şuraya yönəlib. İP-də təmsilçilik formatı Milli Şurada tam ehtiva olunub. Ölkədə siyasi proseslərin əsas ağırlığı Milli Şuranın üzərinə düşüb. İstənilən qurumun saxlanılması siyasi və sosial zərurətə əsaslanmalıdır. Belə zərurət yoxdursa, həmin qurum formal xarakter daşıyır. Ona görə də İctimai Palatanın aylardır toplantısı keçirilmir, fəaliyyət göstərmir. Formal xarakter daşıyan strukturun buraxılması barədə, yəqin, bu günlərdə qərar olacaq".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB