Zakir Həsənov Paskal Mönyeni qəbul edib

Zakir Həsənov Paskal Mönyeni qəbul edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qonaq Müdafiə nazirini yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Fransa-Azərbaycan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Fransa Respublikası Silahlı Qüvvələrinin Gürcüstanda və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə