Deputatlarımız Ukraynada keçiriləcək təkrar parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin deputatları Ukraynada keçiriləcək təkrar parlament seçkilərini müşahidə etmək üçün dekabrın 12-dən 16-dək Kiyev şəhərində səfərdə olacaqlar.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın, deputat Rüfət Quliyev isə GUAM Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində müşahidə aparacaq, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB