Edvard Nalbandyan: “Xalqları sülhə yönəltmək lazımdır, müharibəyə deyil”

Edvard Nalbandyan: “Xalqları sülhə yönəltmək lazımdır, müharibəyə deyil”

Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT ərazisində həll edilməmiş olaraq qalır. Bu sözləri SİA Ermənistanın "News.am" saytına istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və biz münaqişənin tezliklə həll olunmasına inamımızı itirmirik: "Düşünürəm ki, xalqları sülhə yönəltmək lazımdır, müharibəyə deyil. Prezidentlər Vyana görüşü zamanı münaqişənin həlli istiqamətində danışıqlar prosesinin tezləşdirəcəyinə dair razılığa gəliblər. Bu məqsədlə də bu günlərdə Kiyevdə nazirlərin görüşü keçirildi. Konstruktiv yanaşma münaqişənin nizamlanması prinsipləri üzrə razılığın əldə olunması üçün zəruridir".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə