Tahir Kərimli: “Milli Şura bərbad vəziyyətdədir, onlar hansı aksiyadan, mitinqdən danışırlar”
"Bu mitinqə heç kimin ehtiyacı yoxdur. Ona görə də belə aksiyaların keçirilməsi mənasızdır". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli, Milli Şuranın 15 dekabrda keçirməyi planlaşdırdığı mitinqə münasibət bildirərkən söyləyib.
Tahir Kərimli həmçinin, qeyd edib ki, ehtiyac duyulmayan mitinqlərin keçirilməsi heç kəsdə maraq oyatmır: "Belə aksiyalara heç bir ehtiyacın olmadığı göz önündədir. Bir məsələ də məlumdur ki, Milli Şura bərbad vəziyyətdədir, onlar hansı aksiyadan, mitinqdən danışırlar. Özləri pis gündədirlər".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB