Niyamədddin Orduxanlı: “Milli Şuranın mitinq keçirməkdə məqsədi yalnız ölkədə xaos yaratmaqdır”

Niyamədddin Orduxanlı: “Milli Şuranın mitinq keçirməkdə məqsədi yalnız ölkədə xaos yaratmaqdır”

"Azərbaycan demokratik ölkədir. İstənilən siyasi partiya kütləvi aksiya keçirə bilər. Amma baxır necə və nə məqsədlə". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Milli Şura Tarif Şurasının benzinin qiymətini qaldırmasını özünə bəhanə götürüb 15 dekabrda mitinq keçirməkdə məqsədi yalnız ölkədə sabitiliyi pozub xaos yaratmaqdır: "Xalqın sosial durumunu önə verməklə mitinq keçirmək insanların deyil, öz maraqlarına xidmət edən amildir. Radikal müxalifət ölkədə gedən bütün siyasi, iqtisadi məqamlardan sui-istifadə edərək mitinq görüntüsü yaratmaq istəyir".

BAXCP rəsmisi onu da vurğuladı ki, radikal müxalifətin mitiniqinə xalq kütləvi dəstək verməyəcək. İnsanlar onların əsas məqsədlərinin nə olduğunu yaxşı dərk edirlər. Onların kimlərə xidmət etdikləri isə göz önündədir.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə