Eldəniz Quliyev: “Əflan İbrahimov avaradır”

Eldəniz Quliyev: “Əflan İbrahimov avaradır”

"El" adlı kloun yaradıblar. Onu da Əflan İbrahimovdur nədir, o təsis edib". Bu sözləri SİA-ya açıqlamasında Milli Şura təmsilçisi Eldəniz Quliyev alternativ "El" hərəkatının rəhbəri Əflan İbrahimovun rəhbərlik etdiyi qurumu partiyaya çevirmək iddialarına münasibət bildirərkən belə deyib: "Deyilənə görə avara bir adamdır. Əflan İbrahimov da məhz "El" hərəkatına zərbə vurmaq üçün gəlib bu hərəkata şərik çıxmışdı. İndi də çox güman ki, öz hərəkatını ictimai qurumdan siyasi quruma çevirməyi düşünür. Bu, onun öz avara işidir. Ancaq Əflan İbrahimov real "El" hərəkatına qarşı çıxışlarını bu cür davam etdirsə, daha sərt tonda cavabını almalı olacaq. Buna şübhəsi olmasın".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə