“Hellin” TV: Azərbaycanda tam demokratik, şəffaf prezident seçkiləri keçirilib
İspaniyanın "Hellin" televiziya kanalının "Noticias" verilişi Azərbaycana həsr edilib. Verilişdə İspaniyada yaşayan həmyerlilərimiz – "Baku Hellin Deportivo" futbol klubunun prezidenti Gülnarə Xanbabayeva və klubun əməkdaşı Aynurə Vəliyeva ispaniyalı tamaşaçılara ölkəmiz haqqında ətraflı məlumat veriblər.
Məşhur teleaparıcı Dieqo Beltranın qonağı olan Gülnarə Xanbabayeva ötən ay Azərbaycanda tam demokratik, şəffaf prezident seçkilərinin keçirildiyini və İlham Əliyevin yenidən xalqın yüksək etimadını qazanaraq Prezident seçildiyini deyib. O, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın gördükləri mühüm işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır. Azərbaycanın siyasi, iqtisadi cəhətdən sürətlə inkişaf etdiyini söyləyən G.Xanbabayeva ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini də diqqətə çatdırıb. Heydər Əliyev Fondunun həyata keçirdiyi xeyirxah işlər, Azərbaycanın ucqar rayon və kəndlərində xəstəxanalar, uşaq evləri, uşaq bağçaları və məktəblər tikdirməsi xüsusilə qeyd edilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlara Fondun dəstəyi ilə hər cür qayğı göstərilir. Klubun prezidenti Azərbaycanda idmana da böyük qayğı göstərildiyini diqqətə çatdırıb.
Bu günlərdə rəhbərlik etdiyi klubun katibi Manuel Manolo və kapitanı Casiano Jose dos Santos ilə birlikdə Azərbaycanda olduqlarını deyən G.Xanbabayeva ispaniyalı idmançıların ölkəmiz haqqında xoş təəssüratlara malik olduqlarını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB