“Milli Şuranın əvvəldə var idi hüsni-camalı, indi də olub dəli şoğərib...”
"Mən lap əvvəldən də demişdim, Milli Şura ölü doğulmuş uşaqdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.
Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov qurumda vahid namizəd olmayandan sonra AXCP və Müsavatla işbirliyinə getdi . Onlar bu qurumu adı məlum olmayan nəyəsə çevirdilər: "Rüstəm İbrahimbəyov da stəkanda yaratdığı fırtınadan sonra, həmin o stəkandakı su ilə də əlini yuyub çıxıb getdi".
Araz Əlizadə qeyd edib ki, Eldar Namazov həmişə Rüstəm İbrahimbəyovun postkardinalı olub: "Əlbəttə ki, Rüstəm İbrahimbəyov getdikdən sonra Eldar Namazov da onun ardınca gedəcək. Buna görə də, Milli Şura üçün "Payız gəldi, uçdu getdi quşlar..." mahnısını oxumaq olar. Bir sözlə, Milli Şura dönüb İctimai Palatanın tayı oldu. Milli Şuranın əvvəldə var idi hüsni-camalı, indi də olub dəli şoğərib... Eldar Namazov isə getməli idi. Çünki onun Milli Şurada komandası qalmadı. Bir də ki, onun işi yalnız kargüzarlıq idi. Eldar Namazov bundan başqa heç nə bacarmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB