"Unutmaq lazım deyil ki, biz ruslarn hesabına varıq. Ruslar olmasa, Ermənistan yox olardı". Bu haqda SİA Rusiya mətbuatına istinadən xəbər verir. Məlumata görə, bu haqda Qarabağ müharibəsində iştirak etmiş erməni BBC-nin İrəvanda keçirdiyi Avropa Birliyi, yoxsa Gömrük İttifaqı ilə bağlı sorğusuna cavab verərkən deyib.
"Mən keçmiş döyüşçüyəm. Müharibədə iştirak etmişəm. Ruslar olmasa, neyləyərdik?" - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistan Avropa ilə yaxınlaşmaq məsələsinə münasibətini Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına daxil olmaqla bildirib.
Bu barədə qərar sentyabrın əvvəlində Serj Sərkisyanla prezident Vladimir Putinin görüşündən sonra elan edilib.
Bundan əvvəl gözlənilirdi ki, Ermənistan rəhbərliyi ilə Avropa İttifaqı arasında Assosiasiya sazişi imzalanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB