“Milli Şuranın proseslərdə iştirakına davam etməsi heç nəyi dəyişməyəcək”
"Prosesin əvvəlindən Milli Şuranın məğlub olacağı məlum idi. Ona görə ki, Milli Şura Azərbaycanda heç bir yeni elektoratı prosesə cəlb edə bilmədi".
Bu barədə SİA-ya açıqlama verən "Azadlıq" Partiyasının sədri Əhməd Oruc danışıb.
O, qeyd edib ki, Milli Şuranın keçirdiyi aksiyalar da göstərdi ki, onların ətrafında toplaşan azsaylı kütlədə AXCP-Müsavat tərəfdarlarından başqa heç kim görünmədi: "Onlar da ayrı-ayrı maddi maraq güdən şəxslər idi. Müxalifət bu inamsızlığı aradan qaldıra bilmədi, əksinə inamı da azaltdı".
Milli Şuranın indiki fəaliyyətinin heç kimə lazım olmadığını deyən Ə.Orucun fikrincə, bundan sonra millətin inamını qaytarmaq mümkün deyil: "Bu baxımdan Milli Şuranın proseslərdə iştirakına davam etməsi də heç nəyi dəyişməyəcək".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB