Politoloq: “Belarus və Azərbaycan arasındakı əlaqələr dostluq münasibətlərinə əsaslanır”
"Belarus prezidentinin Azərbaycana səfəri iki ölkə arasında mövcud əməkdaşlığın inkişafında əhəmiyyətli hadisələrdəndir". Bu barədə politoloq Elşad Mirbəşiroğli SİA-ya açıqlamasında deyib.
O deyib ki, ölkə başçısının etdiyi səfərlər, eləcə də xarici ölkələrin dövlət başçılarının ölkəmizə rəsmi səfərləri onların Azərbaycana olan etimadından xəbər verir.
Onu sözlərinə görə, bu tendensiyanı prezident İlham Əliyevin Türkiyəyə və Ukraynaya səfərləri çərçivəsində də müşahidə etmək mümkündür: "Eyni zamanda Belarus və Azərbaycan arasındakı əlaqələr hərtərəfli və səmərəli dostluq münasibətlərinə əsaslanır. Bizim beynəlxalq əlaqələr, humanitar sosial, mədəniyyət və kənd təsərrüfatı sahəsində geniş əlaqəlimiz mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB