"Gürcüstanda keçirilən prezident seçkilərindən sonra Azərbaycan Gürcüstan arasında olan münasibətlər qorunub saxlanılacaq". Bu sözləri politoloq Elşad Mirbəşiroğlu Gürcüstanda keçirilən prezident seçkilərindən sonra iki ölkə arasında olan münasibətlər haqqında danışarkən deyib. O bildirib ki, yeni prezidentin seçilməsi Gürcüstanla Azərbaycan arasında olan münasibətlərdə kordinal dəyişikliyə səbəb olmayacaq.
Onun sözlərinə görə, yeni prezident Gürcüstan iqtisadiyyatının Azərbaycandan asılı olmasını nəzərə alaraq bu münasibətlərin daha da inkişafına meylli olacaq: "Gürcüstanla Azərbaycan arasında münasibətlər müsbət inkişaf tendensiyasına malikdir. Sabiq Prezident Saakaşvilinin dövründə iki ölkə arasında çox yaxın strateji müttəfiqlik münasibətləri formalaşıb. Reallıq bundan ibarətdir ki, Gürcüstan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Azərbaycandan asılıdır. Gürcüstan iqtisadiyyatı Azərbaycanın əsas iştirakçısı olduğu əsas regional layihələrdən böyük mənfəətlər əldə edir. Bunu nəzərə alaraq iki ölkə arasında olan münasibətlər yeni seçilən prezidentin dövründə də inkişafa meyilli olacaq. Ən azından bu günə kimi olan münasibətlər qorunub saxlanılacaq".
Qeyd edək ki, cari ilin oktyabr ayında Grcüstanda prezident seçkiləri keçirilib. Georgi Marqvelaşvili böyük üstünlüklə – 62 faiz səslə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB