Politoloq: Regional inkişaf Türkiyə-Azərbaycan münasibətlərindən asılıdır
"Azərbaycanla Türkiyə münasibətlərinin inkişaf etdirilməsi, elə başlanğıcdan "bir millət, iki dövlət" prinsipinə əsaslanıb. Bu ölkələr arasındakı əlaqələr bütövlükdə regiondakı vəziyyətə təsir edə biləcək səviyyədədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
"Regional inkişaf Türkiyə-Azərbaycan münasibətlərindən asılıdır" - deyən politoloq onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə münasibətlərinin inkişafı davamlıdır: "Regiondakı qlobal layihələrdə iki ölkənin birgə iştirakı ölkələr arasında münasibətlərin daha da inkişafına, bütövlükdə layihələrin iqtisadi səmərəliyinin yüksəkliyinə dəlalət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB