"Rüstəm İbrahimbəyovun Milli Şuranın yaradılmasında müstəsna xidmətləri var və o, qurumun ilk sədri kimi kifayət qədər normal fəaliyyət göstərib. Buna görə də onun Milli Şuranın həmsədri olması mənəviyyat məsələsidir".
SİA-nın məlumatına görə, bunu öz açıqlamasında AXCP sədrinin müavini Həsən Kərimov deyib.
Qeyd edək ki, Cəbhə sədrinin müavini "Milli Şuranın həmsədri olması mənəviyyat məsələsidir" deməklə Rüstəm İbrahimbəyovun qurumda həmsədr olmasına etiraz edən Müsavat Partiyasına dolayısı ilə "mənəviyyatsız" təhqiri ünvanlayıb.
Məsələ ilə bağlı Müsavat Partiyasından mövqe öyrənməyə çalışsaq da partiyadan bununla bağlı heç bir açıqlama verilmədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB