"Borca görə "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin çapı dayandırılırsa, bu söz və mətbuat azadlığına təzyiq və basqı hesab olunmamalıdır. Əgər mətbu orqanın borcu varsa, onu ödəməlidir". Bu fikirləri SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Baş redaktor bildirib ki, bu məsələ ətrafında hay-küy və şou yaratmağa ehtiyac yoxdur: "Mütəmadi olaraq eyni adamlar, eyni stiuasiyanı gündəmə gətirirlər. Ancaq, nəzərə alınmalıdır ki, dövlət tərəfindən ən çox yardım edilən, ən çox dəstək verilən mətbuat orqanı "Azadlıq" və "Yeni Müsavat" qəzetləridir. Qəzetin borcu varsa, onu ödəməlidir".
"Azərbaycanda nə üçün digər qəzetlərin nəşriyyata borcları yaranmır? Məgər Azərbaycanda "Azadlıq" və "Yeni Müsavat" qəzetlərindən başqa mətbuat orqanı yoxdur? İndiki stiuasiyada "Azadlıq" qəzetinin mövqeyini qətiyyən anlamaq mümkün deyil. Bu insanlar nə istəyirlər? Konkret olaraq Əli Kərimlinin mövqeyindən çıxış edən, onun əsarətində olan "Azadlıq" qəzeti müstəqil mətbuat orqanı olub?"- deyə, E.Mirzəbəyli sual edib.
E.Mirzəbəyli vurğulayıb ki, bu qəzet konkret olaraq siyasi qüvvənin mövqeyindən çıxış edir: "Adıçəkilən qəzetdə heç vaxt alternativ fikrə rast gəlinməyib. Seçki prosesində və ondan sonra, bütövlükdə isə "Azadlıq" qəzeti Əli Kərimlinin redaktəsi ilə çıxır. Birmənalı şəkildə "Azadlıq" siyasi partiya qəzetidir. Çünki bu mətbu orqanda alternativ fikir yoxdur. Hesab edirəm ki, bu qəzet "Azadlıq" yox, "Əsarət" qəzetidir. Vaxtilə Nəcəf Nəcəfovun yaratdığı qəzetin adından həyasızcasına mətbuata basqı barəsində danışmaq lazım deyil. Buna görə də yaradılan şounun heç bir effektiv nəticəsi olmayacaq".
Baş redaktor əlavə edib ki, Əli Kərimli tərəfindən mənimsənilən dövlət tərəfindən ayrılan vəsaitlərlə və qrantlarla qəzetin borclarını ödəsinlər və belə şoularla cəmiyyətin başını qatmasınlar: "Azərbaycanda söz və mətbuat azadlığına hər hansı bir təzyiq yoxdur. Əgər olsaydı, səhifələri yalandan ibarət olan "Azadlıq" qəzeti işıq üzü görməzdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB