Azər Sarıyev: “Hələlik boş qalmış deputat yerləri ilə bağlı müzakirələr aparılmayıb”
Milli Məclisdə boş qalmış millət vəkilləri yerlərinə növbədənkənar seçkilərin keçirilməsi MSK-da hələ ki, müzakirəyə çıxarılmayıb. Bu barədə SİA-ya Mərkəzi Seçki Komissiyası mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib.
Azər Sarıyev onu da qeyd etdi ki, əgər hər hansı bir müzakirə aparılarsa, ölkə mətbuatı bununla bağlı məlumatlandırılacaq.
"Hələlik, boş qalmış deputat yerləri ilə bağlı müzakirələr aparılmayıb. Lakin növbədənkənar seçkilər keçirilməsi gözlənilir" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB