"Biz çalışmalıyıq ki, bu epidemiyanın yayılmasının qarşısını alaq"
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Gender və İnkişaf" təşkilatı tərəfindən Avropa Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyilə həyata keçirilən "Şərqi Avropa ölkələrində həssas qruplar arasında HİV-in (Human immunodeficiency virus, QİÇS) qarşısının alınması üçün genişmiqyaslı strategiyaların həyata keçirilməsi" layihəsi çərçivəsində mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Ukrayna beynəlxalq HİV/QİÇS alyansının nümayəndəsi Anna Dovbakh, Global Fondunun HİV proqramının koordinatoru Sevinc Topçubaşov, "Gender və Tərəqqi" maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev və media nümayəndələri iştirak edib.
Ukrayna beynəlxalq HİV/QİÇS alyansının nümayəndəsi Anna Dovbakh əvvəlcə qonaqları salamyaraq, regionda mövcud olan problemləri və çətinlikləri diqqətə çatdırıb. Vurğulanıb ki, Ukrayna dövləti regionda bir növ layihə icraçısıdır: "Şərqi Avropada QİÇS epidemiyası əhali arasında mövcud deyil. Ukrayna dövləti beynəlxalq donorların maliyyə yardımı ilə qruplar arasında bu işi həyata keçirir. Bu epidemiyanın qarşısının alınması istiqamətində bir sıra planlarımız mövcuddur".
"Gender və Tərəqqi" maarifləndirmə İctimai Birliyinin sədri Kamran Rzayev isə diqqətə çatdırıb ki, bizim əsas məqsədimiz bu epidemiyanın qarşısının alınması üçün maliyyə imkanlarımızı tükətməməkdir. Hesab edirəm ki, əgər HİV/QİÇS epidemiyasına qarşı əgər Avropadan maliyyə yardımı dayanarsa, bu xəstəlik getdikcə sürətlənə bilər. Biz çalışmalıyıq ki, öz daxili imkanlarımız hesabına olsa da bu epidemiyanın yayılmasının qarşısını alaq".
Konfransa jurnalistləri maraqlandıran suallarla yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB