Vəfa Quluzadə: “Bunların hər biri regionun gələcəyini təmin edən amillərdir” MÜNASİBƏT
"Hesab edirəm ki, bu səfər olduqca önəmli idi. Azərbaycan-Türkiyə əlaqələri də ikitərəfli münasibətlərdə böyük əhəmiyyət daşıyır". Bunu SİA-ya politoloq Vəfa Quluzadə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfəri çərçivəsində iki dövlət arasında müxtəlif sahələrdə imzalanan müqavilələrə münasibət bildirərkən deyib.
"Birincisi, Azərbaycanla Türkiyə arasında çox böyük layihələr artıq həyata keçirilib. Buna misal olaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, müxtəlif kommunikasiyaları və qaz kəmərlərini göstərə bilərik. Bunların hər biri sözsüz ki, bu regionun gələcəyini təmin edən amillərdir. Bu layihələr həm Türkiyənin, həm də Azərbaycanın dünya arenasındakı əhəmiyyətini, nüfuzunu artırıb və bundan sonra da artıracaq. Bu mənada mən bu səfəri alqışlayıram. Hesab edirəm ki, bu səfər zamanında reallaşan səfər idi. Ən sevindirici hal isə dövlət başçısının 9 oktyabr Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə etməsi idi" – deyə, politoloq sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB