Əli Əhmədovun deputat mandatı ləğv edilib

Əli Əhmədovun deputat mandatı ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədovun deputat mandatının ləğvi məsələsinə baxılıb. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq, MSK Azərbaycan Prezidenti tərəfindən Baş nazirin müavini təyin edilən Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verib.

Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Parlamentinin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə