Mübariz Əhmədoğlu: “Serj Sarkisyanın xalqı soyub talamağa hər bir imkanı var”

Mübariz Əhmədoğlu: “Serj Sarkisyanın xalqı soyub talamağa hər bir imkanı var”

"ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir addım atmıyıb, atmayacaq. Həmsədrlər ilin sonu olduğu üçün regiona səfər ediblər ki, hesabatlarının verib, maaşlarını alsınlar". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupu həmsədrlərininin regiona səfərinin Azərbaycana nə verəcəyinə dair suala cavabında deyib.

Onun sözlərinə görə, həmsədrlər ilin sonunadək iki hesabat verməlidirlər: "Həmsədrlər dekabrın 4-5 Kiyevdə ATƏT-in ministerialı və ATƏT-ə hesabat verəcəklər ki, neçə dəfə regiona səfər ediblər. Bu səfər baş tutmasaydı həmsədrlərin bu il fəaliyyəti olmayacaqdı".

Politoloq bildirib ki, prezidentlərin görüşünün baş tutmasına inanmır: "Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ məsələsində haqqı qəbul edərək, güzəştə getməyəcək. Çünki, bütün hakimiyyətini "Qarabağ kartı" üzərində qurub. Hələlik, Serj Sarkisyanın yeməyə, içməyə, qumar oynamağa, xalqı soyub talamağa hər bir imkanı var. Sənəd imzalanmayacaqsa, Azərbaycan Prezidenti görüşə razılıq verməyəcək. Çünki, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial mövqeyi bundan ibarətdir ki, görüş xatirinə görüş keçirilməsin. Prezidentlərin görüşü üçün ortada real sənəd olmalıdır və müzakirə olunaraq imza atılmalıdır. Bu isə Böyük Sülh Sazişi olmalıdır. Qalan bütün sənədlər Ermənistanın xeyrinədir".

Bütün xəbərlər Facebook səhifəmizdə