Avropanın informasiya nazirləri Belqradda toplanacaqlar

Avropanın informasiya nazirləri Belqradda toplanacaqlar

Avropa Şurasına üzv dövlətlərin Mətbuat və İnformasiya nazirləri noyabrn 7-8-də Belqradda bir araya gələcəklər. Avropa Şurasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konfransda Avropada ifadə və internet azadlığı barədə məsələlər müzakirə olunacaq. Konfransda rəsmi şəxslərlə yanaşı jurnalistlər, bloggerlər və digər şəxslər iştirak edəcəklər.

Konfransın sonuncu günü nazirlər ifadə azadlığı sahəsində Avropa Şurasının gələcək planlarını müəyyənləşdirəcək sənədi imzalayacaqları gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə