"Davamlı İnkişaf və ekoloji sivilizasiya" mövzusunda dəyirmi masa keçirilir
III Bakı Beynəlxalq Hümanitar Forumunun ikinci günü davam edir. SİA-nın məlumatına görə, forumun gündəliyində "Davamlı İnkişaf və ekoloji sivilizasiya" mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qalibləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplanıb.
Qeyd edək ki, Forumun məqsədi dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi – ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır. Forumun nəticəsi, beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlərdə təcəssüm olunur.
Forum ildə bir dəfə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilir. Bura bütün iştirakçılar şəxsən dəvət olunurlar. Forumun işçi dilləri - Azərbaycan, Rus və İngilis dilidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB