Elmar Məmmədyarov Ukrayna XİN-in birinci müavinini qəbul edib YENİLƏNİB

Elmar Məmmədyarov Ukrayna XİN-in birinci müavinini qəbul edib YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna xarici işlər nazirinin birinci müavini Ruslan Demçenkonu qəbul edib. SİA-nın məlumatına görə, Ruslan Demçenko Azərbaycanla Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, Bakıda keçirilən humanitar forumun yüksək səviyyədə təşkil edildiyini və Ukraynanın geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün qarşılıqlı möhkəm siyasi iradənin və geniş potensialın olduğunu qeyd edərək, Ukraynanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda fəaliyyətini yüksək qiymətləndirildiyini bildirib.

Görüş əsnasında hökumətlərarası birgə komissiyanın qarşıdan gələn iclası, XİN-lər arasında məsləhətləşmə mexanizminin gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkil edilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə