Prezident İlham Əliyev Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi qəbul edib. SİA-nın xəbər verir ki, Stepan Mesiç yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib. O, son illər ölkələr arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini deyib.
Dövlət başçısı Azərbaycanla Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb, Xorvatiyadan olan şirkətlərin Azərbaycandakı fəaliyyətinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.
Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun xalqlararası əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB