Zeynəb Xanlarova: “Qarabağlılar Qarabağdan niyə danışmırlar?" etiraz

Zeynəb Xanlarova: “Qarabağlılar Qarabağdan niyə danışmırlar?" etiraz

Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova parlamentin iclaslarında bəzi müzakirə mövzularına etirazını bildirib. SİA-nın məlumatına görə, Z.Xanlarova gündəliyin müzakirəsi zamanı qəflətən əlini qaldıraraq spikerdən söz istəyib.

O, dərhal iradına keçib: "Oqtay müəllim, sizin bir sözünüz oldu və bu məni çox tərpətdi. Buna görə çıxış etmək qərarına gəldim. Siz çox düz dediniz ki, başqa ölkələrin heç kim oxumayan qərarını çox uzadıb müzakirə etməyə dəyməz. Mən də buna əsaslanıb demək istəyirəm ki, bu söz çoxdan ürəyimdə idi, demək istəyirdim. Başqa ölkələrdə nə olursa, bizim parlamentdə həmin məsələri müzakirə etməyə başlayırlar. Mənim nəyimə lazımdır hansı ölkədə kim-kimə telefonda qulaq asıb? Gəlin, Qarabağdan danışaq, orda bizim xalqımız qırılıb. İstəyirəm ki, həmişə Qarabağdan danışaq. Burda çoxlu qarabağlılar var, amma onlar danışmırlar. Qarabağdan danışanlar elə Qarabağdan olmayanlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə