Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb

Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb

Hakim "Gürcü arzusu" partiyasının namizədi Giorgi Marqvelaşvili Gürcüstanda keçirilmiş prezident seçkilərində liderlik edir. Bu haqda "Premyer" jurnalının və ghn informasiya agentliyinin sifarişilə SOCİS şirkətinin keçirdiyi exit-pollun nəticələrində deyilir.

Yekun səs sayımına görə, Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb.

İkinci yerdə 16 faizlə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradzedir. Onu 9 faiz səslə Nino Burcanadze izləyir.

Digər 20 namizəd isə 1 faiz səsi bölüşürlər.

Qeyd edək ki, exit-poll 152 seçki məntəqəsində 12 100 seçici arasında keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə