"Bəs sizin Rüstəm İbrahimbəyov harada qaldı?"

"Bəs sizin Rüstəm İbrahimbəyov harada qaldı?"

"Seçkiyə bir ay qalmış müddətə qədər az qala Rüstəm İbrahimbəyovu özləri üçün "ilahi məxluq" kimi qələmə verən müxalifət yetkililəri indi onun adını belə dillərinə gətirmirlər. Son məqama qədər müxalifəti intizarda saxlayan R.İbrahimbəyov qondarma Milli Şuranın vahid namizədi olaraq prezident seçkilərinin gedişində belə nə özü, nə də mövqeyi göründü". Bunu açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov söyləyib.

O müxalifətin zorla siyasətçi obrazı düzəltmək istədiyi R.İbrahimbəyovun nəinki seçkidən öncə, heç seçkidən sonra da ortada görünməməsini onun siyasi iddiasının səviyyəsini bir daha nümayiş etdirdiyini bildirdi. "R.İbrahimbəyovdan siyasətçi düzəltmək istəyənlər heç olmasa nə dərəcədə yanlışlığa yol verdiklərinin fərqində olsunlar. Bəs indi haradadır müxalifətin Rüstəm İbrahimbəyovu? Heç olmasa o seçkinin başa çatdığını və bir zamanlar təmsil etdiyi qondarma Milli Şuranın biabırçı məğlubiyyətə uğradığından məlumatlıdırmı? Yoxsa o, Azərbaycana həmişə olduğu kimi qlobusda və ya xəritədə baxır", - deyə A.Hüseynov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə