Mubariz Qurbanlı: “Situasiyanı öyrənmək üçün belə görüşlərin keçirilməsinə ehtiyac var”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə cənab Prezident İlham Əliyevlə görüşü zamanı bir sıra məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara təkan verəcək". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Ceyms Uorlik ATƏT-in Minsk qrupuna yeni təyin olunan həmsədrdir və stiuasiyanı öyrənmək baxımından belə görüşlərin keçirilməsinə böyük ehtiyac var: "Belə görüşlər göstərir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan tərəfinin mövqeyi dərk olunmaqdadır. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar yeni prezidentlik müddətində Prezident İlham Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözlədiklərini vurğulayıb".
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB