Sədaqət Vəliyeva: Prezident İlham Əliyev bildirdi ki, bütün məmurlar təvazökar olmalı və xalqa ləyaqətlə xidmət etməlidir
Prezident İlham Əliyev parlamentdə andiçmə mərasimində Azərbaycan xalqına təşəkkür etməklə bərabər dövlətimizin perspektiv inkişafı ilə bağlı planlarını da açıqladı. Bunu Trend-ə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva deyib ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın inkişafı naminə atılan addımlar haqqında da danışdı: "Prezident İlham Əliyev sosial rifah dövləti haqqında fikirlərini çatdırdı. Bildirdi ki, bundan sonra da Azərbaycanda dövlət siyasətinin ana xəttini insan amili təşkil edəcək. Vətəndaşların yaşayış səviyyəsinin daha da yüksəldilməsi üçün gələcəkdə də mühüm addımlar atılacağını söylədi".
"Prezident İlham Əliyev bildirdi ki, bütün məmurlar təvazökar olmalı və xalqa ləyaqətlə xidmət etməlidir" - deyən millət vəkili vurğulayıb ki, elə andiçmə mərasiminin sadə şəkildə təşkili də ali təvazökarlığın göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB