Elman Abdullayev: "XİN Orxan Zeynalovla görüşün təşkilinə çalışacaq"

Elman Abdullayev: "XİN Orxan Zeynalovla görüşün təşkilinə çalışacaq"

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) nazirliyin sözçüsü Elman Abdullayevin iştirakı ilə brifinq keçirilib. SİA-nın məlumatına görə, jurnalistlərin də iştirak etdiyi brifinqdə oktyabrın 15-də Rusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılaraq istintaqa cəlb olunması ilə bağlı məsələlərə aydınlıq gətirilib.

Elman Abdullayev deyib ki, Azərbaycan Moskvanın Biryulevo rayonunda qətl törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalova konsulluq dəstəyinin göstərilməsi tələbi ilə Rusiya Xarici İşlər Nazirliyinə nota verib: "Notada bildirilib ki, Orxan Zeynalovun məhkəmə qərarı olmadan cinayətkar və qatil adlandırılması, bunun Kütləvi İnformasiya Vasitələrində (KİV) qabardılması təqsirsizlik lüzumsiyasına zidd addımdır. Məişət zəminində baş verən bu hadisənin başqa bir formada təqdim edilməsi bizdə təəssüf doğurur. Hesab edirik ki, bu hadisə öz həllini tapmalıdır. Azərbaycan dövləti öz vətəndaşına hüquqi dəstəyi verir və verəcək də! Bu hadisələrə milli don geyindirmək yol verilməzdir".

Nazirlik sözçüsü bildirib ki, XİN Orxan Zeynalovla görüşün təşkilinə çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə